Mikrokompüter ətraf mühiti “görə” biləcək Yanvar 25, 2017 | 11:23 / Texnoloji yeniliklər

Ötən ilin yayında “Intel” şirkəti Intel IDF illik konfransı çərçivəsində robot texnikası sahəsində istifadə üçün nəzərdə tutulmuş Euclid mikrokompüterini elan etmişdi.

Şirkət o zaman kompüterin xarakteristikalarına dair yalnız ötəri məlumat vermişdi. ITECH POST nəşrinin bildirdiyinə görə, qurğunun kütləsi və ölçüləri o qədər kiçikdir ki, onu adi diyircəkli qələm kimi əldə saxlamaq mümkündür.

pcweek.ru saytının məlumatında bildirilir ki, Euclid-də dərinlik sensoruna malik RealSense ZR300 kamera modifikasiyası tətbiq olunacaq.  RealSense iki və üçölçülü məkan parametrlərini müəyyən etmək qabiliyyəti ilə kompüterlərə ətraf mühiti insan kimi “görməyə” imkan verəcək.

Euclid Ubuntu Linux və Robot OS əməliyyat sistemləri əsasında olan Atom prosessoru ilə işləyir. Qurğunun təchizatına inteqrasiya edilmiş əlaqə vasitələri və akkumulyator da daxildir.

Minikompüter Wi-Fi naqilsiz rabitə adapteri, GPS qəbuledicisi və Bluetooth-dan ibarətdir. Qurğunun təchizatına mikrofon, dinamikalar, HDMI və USB 3.0. interfeysləri də daxildir. Euclid hərəkət və oriyentasiya tənzimləyiciləri,  həmçinin ətraf mühitin parametrləri, xüsusən atmosfer təzyiqinin təyini üçün sensor dəsti ilə təchiz edilib.

Qeyd edək ki, Euclid robot texnikasının inkişafına yönəldilmiş Intel səylərinin bir hissəsidir. Şirkət robotlar və RealSense kamerası ilə təchiz edilmiş kiçik Compute Stick fərdi kompüterinin yaradılması üçün Intel RealSense Robotic Development Kit dəstini istehsal etmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı