"Yandex" 1 apreli qeyd edir Aprel 01, 2014 | 12:00 / Texnoloji yeniliklər

"Yandex" axtarış sisteminin istehsalçıları Ümumdünya Gülüş günü olan 1 apreli xüsusi tərzdə qeyd etməyə qərar verib. Belə ki, bu gün sistemin əsas səhifəsində 1-dən 5-ə qədər virtual milçəklər hərəkət edirlər. İstifadəçilərə milçəköldürən, qəzet və ya başmaqlar vasitəsilə onları öldürmək də təklif olunur. pitbit.ru saytının məlumatına görə, bu proses həm də mini-oyun formasında reallaşdırılır: istifadəçinin bütün milçəkləri öldürməyə sərf etdiyi vaxt hesablanır və onlara öz rekord nəticələrini sosial şəbəkələrdə paylaşmaq imkanı verilir. 

Qeyd edək ki, bütün dünya gülüş gününü XVI əsrdən qeyd etməyə başlayıb. Bu gündə, insanlar kütləvi şəkildə müxtəlif oyunlar keçirir, öz dost-tanışları ilə zarafatlaşırlar. Son vaxtlar müxtəlif əyləncə saytları və KİV-lər də 1 aprel gününü daha fəal şəkildə qeyd edir. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı