Ağ ciyər iltihabının diaqnostikası üçün “ağıllı” gödəkcə Yanvar 24, 2017 | 10:58 / Texnoloji yeniliklər

Şərqi Afrika ölkələrindən olan Uqandada hər il ağ ciyər iltihabından 24 000-dən çox uşaq vəfat edir. Yeni gödəkcə-qurğu ağ ciyər iltihabının diqanostikası üçün nəzərdə tutulub.

“Ağıllı” qurğuların sayı günü-gündən artır: saatdan soyuducuya, elektrik çaydanlarından mənzillərə qədər hər şey “ağıllanır”. Lakin bu kimi qurğulardan istifadə yalnız gündəlik məsələlərin sadələşdirilməsində deyil, həm də təhlükəli vəziyyətlərin diaqnostikası üçün istifadə olunur. MedicalXpress nəşriyyatının məlumatına görə, Uqandadan olan mühəndislər qrupu bu yaxınlarda ağ ciyər iltihabının diaqnostikası üçün qeyri-adi qurğu hazırlayıblar.

www.nanonewsnet.ru saytında bildirilir ki, yeni qurğunun yaradılması ideyası Uqanda universitetinin həkimi Oliviya Koburonqoya aiddir. Qurğu  “Mama-Ope” adını alıb ki, bu da tərcümədə “ana ümidi” deməkdir. Bu ad heç də təsadüfi seçilməmişdir: belə ki, Uqandada hər il ağ ciyər iltihabından 24 000-dən çox uşaq vəfat edir. Çətinlik ondan ibarətdir ki, Uqanda malyariya xəstəliyinin yayılması üzrə endemik regiondur və parazit infeksiyasının yaranması bu xəstəliyin başlanğıcı hesab edilir.

Pasiyenti yoxlamaq üçün gödəkcəni sadəcə geyinmək lazımdır. Bundan sonra gödəkcə müstəqil şəkildə temperaturu və tənəffüs hərəkətlərinin tezliyini ölçəcək, ürəyin müayinəsini aparacaq, sonra isə əldə edilmiş məlumatları Bluetooth vasitəsilə smartfon və ya planşetdəki xüsusi proqrama göndərəcək.

Qeyd olunur ki, “Mama-Ope” qurğusunun prototipi ağ ciyər iltihabının diaqnozunu həkimdən üç dəfə daha sürətli qoyur. Hazırda ideyanın müəllifləri “ağıllı” gödəkcənin kliniki sınaqlarının keçirilməsi və  tibbi cihazın kütləvi istehsalı üzərində çalışırlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı