“Samsung” şirkəti Galaxy Note 7 smartfonlarının partlama səbəbini açıqlayıb Yanvar 23, 2017 | 11:44 / Maraqlı məlumatlar

Şirkətdən bildiriblər ki, Galaxy Note 7 smartfonlarının akkumulyatorlarının alışmasına səbəb onların planlaşdırılması və istehsalı zamanı yaranan nasazlıq olub. 

“Samsung” rəsmisi bildirib ki, şirkət Galaxy Note 7 smartfonlarını satışa çıxarmazdan öncə mümkün problemləri aradan qaldıra bilməməsi ilə bağlı məsuliyyəti öz üzərinə götürür. Bu kimi hadisələrin təkrarlanmaması üçün kənar konsultant və ekspertlərdən ibarət işçi qrup yaradılıb.

lenta.ru” saytının məlumatında bildirilir ki, şirkətin mühəndisləri müstəqil təşkilatların mütəxəssisləri ilə birgə nasazlığın səbəbini müəyyənləşdirmək üçün 200 mindən çox qurğu və 30 min akkumulyatoru araşdırıblar. Məlum olub ki, akkumulyatorların layihələşdirilməsi və qurğuların yığılması üzrə texnoloji prosesdə buraxılmış səhvlər nasazlıq yarada bilər.

Daha öncə “Samsung” bu modelin sahiblərinə telefonu dəyişdirməyi və ya qaytarmağı təklif etmişdi. Yalnız ABŞ-da satılmış telefonların 93%-i qaytarılmışdı, lakin təxminən 133 min qurğu hələ də sahibindədir.

Xatırladaq ki, Galaxy Note 7 smartfonları 2016-cı il avqustun 19-da Cənubi Koreyada satışa çıxarılmışdırSentyabr ayının başlanğıcında isə təxminən 2,5 milyon smartfonun enerji ilə yüklənmə zamanı partlaması haqqında xəbərlər yayılmışdır. Çoxsaylı partlama səbəbindən “Samsung” korporasiyası öncə smartfonun satışlarını, sonra isə istehsalını dayandırmışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı