2016-cı ilin ən məşhur parolları Yanvar 19, 2017 | 12:15 / Maraqlı məlumatlar

İnternet istifadəçiləri çox zaman asan tapıla bilən parollardan istifadə edirlər

Keeper Security” şirkəti böyük resurslardan məlumatların axını nəticəsində 10 milyon parola sahib olub. Beləliklə, şirkət 2016-cı ildə istifadəçilər arasında ən populyar parolların reytinqini hazırlamağa nail olub. Təhlil edilmiş məlumatların 50 faizində parol kimi reytinqin ilk 25 məxfi frazası istifadə olunub.

psm7.com məlumatına görə, 123456” rəqəmlərinin kombinasiyası ən məşhur parollar reytinqinin dəyişilməz lideridir. Ondan 17% insan istifadə edib. Onluğa daxil olan dörd parol isə bu kombinasiyanın müxtəlif variantlarıdır.

Parol qismində 1q2w3e4r” və ya 123qwe” kimi hərf və rəqəmlərin kombinasiyalarının məşhurluğu istifadəçilərin təhlükəsizlik məqsədilə gözlənilməz nümunələrdən istifadə etməyə çalışdığını göstərir. Lakin parol oğruları lüğətlər əsasında simvolların ardıcıl variasiyalarını analiz edə bilirlər. Ən yaxşı halda, bu onları bir neçə saniyə vaxtını alır”, deyə – tədqiqat müəllifləri qeyd ediblər.

Məlumatların qorunmasının əsas üsulu kimi parollardan istifadə çox etibarsız təcrübədir. Statistikaya əsasən, istifadəçi 10-20 proqram üçün mürəkkəb və unikal parolları yadda saxlaya bilmir. Bu səbəbdən parol problemi zaman keçdikcə daha da aktual olur.

Belə ki, ekspertlər növbəti bir neçə il ərzində parolların “ölümünü” proqnozlaşdırırlar. Onları gələcəkdə informasiyanın qorunmasının daha etibarlı üsulu – biometriya əvəz edəcək. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı