Alimlər xərçənglə mübarizə üçün leykositləri mikrorobotlara çeviriblər Yanvar 18, 2017 | 03:00 / Maraqlı məlumatlar

Cənubi Koreyanın Çonnam Milli Universitetinin tədqiqatçıları mikrorobotlar yaradaraq onlara şiş xəstəlikləri ilə mübarizə aparmağı “öyrədiblər”. Mikrorobotlar düz bağırsaq, mədə, süd vəzisi, qaraciyər və mədəaltı vəzi daxil olmaqla, istənilən xərçəng növü ilə effektiv mübarizə apara bilər.

hi-news.ru saytının məlumatına görə, alimlər leykositlərin və makrofaqların “aqresiv” təbiətindən istifadə edərək, onları xərçəng əleyhinə müalicə preparatıyla doldurulmuş böyük miqdarda nanozərrəcikləri “yeməyə” məcbur ediblər. Beləliklə, leykositlər dərman preparatlarının məqsədli çatdırılması vasitəsinə çevrilib ki, bu da preparatın effektivliyi bir neçə dəfə artırır.

Oxşar tədqiqatlar daha əvvəl də aparılsa da, həmin metodda bir sıra çatışmazlıqlar mövcud idi: dərman preparatının molekulları şişlərin təhlükəli hüceyrələrinin ən maksimal intensiv bölünməsinin baş verdiyi sahəyə daxil olmaq imkanına malik deyildilər. Məhz bunun üçün xarici maqnit sahəsinin təsiri altında şişin istənilən sahəsinə leykosit və makrofaqların yönəldildiyi maqnit nanozərrəcikləri istifadə olundu.

Beləliklə, immun hüceyrələrindən mikrorobotlar kimi istifadə hazırda xərçənglə mübarizənin ən effektiv metodlarından biri olan kimya terapiyasının aparılmasını və immunoterapiyaları təmin edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı