3D-printerdə çap olunmuş göydələn havanı təmizləyəcək Yanvar 18, 2017 | 03:19 / Texnoloji yeniliklər

ABŞ-ın yeni materialların istehsalı ilə məşğul olan “Acronic” şirkəti havanı təmizləməyi nəzərdə tutan 4,8 km hündürlüyündə göydələn inşa etmək barədə planlarını açıqlayıb.

nanonewsnet.ru saytının məlumatına görə, göydələnin ətrafındakı havanın təmizlənməsi innovativ “EcoClean” materialından istifadə sayəsində mümkün olacaq. Belə ki, binanın fasadını tamamilə örtən pəncərələr adi şüşədən deyil, yeni materialdan hazırlanacaq.

İşıq və buxarın təsiri altında “EcoClean”in xarici qatında havanı çirkləndirən maddələri birləşdirən sərbəst radikallar yaranır. Alınmış birləşmələr binanın divarları boyunca aşağı tərəfə səpilir. Aşağıda onları asanlıqla yığmaq və utilizasiya etmək mümkün olacaq.

“Funksional örtük estetik olmaqla yanaşı, istifadə üçün daha rahatdır və havanı çirklənmədən təmizləyərək ətraf mühiti qoruyur”, – deyə şirkətin aparıcı materialşünaslarından biri Şerri Makkliri bildirib.

Bundan başqa, göydələnin pəncərələri “Bloomframe” texnologiyası ilə düzəldiləcək ki, bu da onları 5 dəqiqəyə eyvana çevirməyə imkan verəcək. “Acronic” bu texnologiyanı artıq təqdim edib və tezliklə bazara çıxaracaq.

“Eko-göydələn”in konstruksiyasında digər innovativ materialların da istifadəsi planlaşdırılır. Onlardan bəziləri hələ hazırlanma mərhələsindədir, bəziləri isə artıq təqdim edilib.

Binanın komponentlərinin 3D-printerdə çap edilməsi sayəsində onlar daha möhkəm olacaq, göydələn isə güclü zəlzələ, külək və digər ekstremal iqlim şərtlərinə davamlı olacaq.

Şirkətin gələcəyin göydələnini harada inşa edəcəyi barədə məlumat verilməyib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı