Dubayda Dünya Telekommunikasiya konfransı keçirilir Mart 31, 2014 | 04:00 / Mühüm hadisələr

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində martın 28-dən start götürən Dünya Telekommunikasiya konfransı öz işini 10 aprel tarixinədək davam edəcək. 

4 ildən bir keçirilən budəfəki tədbir genişzolaqlı İnternetin və telekommunikasiya xidmətlərinin inkişafına həsr olunub. Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən təşkil olunan tədbirə quruma üzv 36 ölkənin naziri və 2000-ə yaxın nümayəndəsi qatılıb. 

ictnews.az elektron xəbər xidmətinin məlumatına görə, beynəlxalq konfransda ölkəmizi Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov təmsil edib. Nazir 28-30 mart tarixlərində konfransın ənənəvi açılış sessiyasında iştirak edib. Ə.Abbasov plenar sessiyada keçirilən iclasda çıxış edərək, ölkə rəhbərliyinin dəstəyi ilə həyata keçirilən tədbirlər, o cümlədən, beynəlxalq əhəmiyyətli regional layihələr barədə ətraflı məlumat verib. “TASİM” və “EPEG” layihələrinin beynəlxalq əhəmiyyətindən danışan nazir təhsildə İKT-nin inkişafından da söz açıb. 

Tədbir çərçivəsində nazir İran, Polşa, Misir və Uqandanın sektor üzrə aidiyyəti nazirləri, həmçinin BTİ-nin baş katibi və baş katibin müavini, telekommunikasiya sahəsində fəaliyyət göstərən şirkət rəsmiləri ilə görüşlər keçirib. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı