Bu il dünya İT bazarında 2,7 faiz artım gözlənilir Yanvar 16, 2017 | 03:00 / Maraqlı məlumatlar

“Gartner” analitik şirkəti 2017-ci ildə dünya informasiya texnologiyaları məhsul və xidmətlərinin satış həcminin 3,5 trilyon dollaradək artacağını proqnozlaşdırır ki, bu da 2016-cı ilin göstəricisindən 2,7 faiz çoxdur.

“Computerworld” jurnalının məlumatına görə, 2017-ci ildə bir sıra yeni texnologiyaların, o cümlədən “bulud” hesablamaları, “Blockchain”, rəqəmsal biznes və süni intellektin birgə inkişafı sayəsində artımın olacağı gözlənilsə də, dünya bazarlarında siyasi sabitliyə əminliyin olmaması alıcıları investisiyaları təxirə salmağa məcbur edir.

Bu il qurğuların (fərdi kompüter, planşet, ultramobil kompüter və mobil telefonlar) satışı 2016-cı ildəki 589 milyard dollarlıq səviyyədə qalacaq. 2018-ci ildə artım fərdi kompüterlərin növbəti yenilənməsi və qiyməti nisbətən aşağı olan ultramobil kompüterlərin funksionallığı artırılmaqla dəstəklənəcək.

İT xidmətləri bazarında isə 4,2 faiz artım proqnozlaşdırılır. Artım üçün rəqəmsal biznesə və intellektual avtomatlaşdırmaya, eləcə də servis və innovasiyaların optimallaşdırılmasına investisiyalar stimul kimi çıxış edir.

Analitiklərin fikrincə, 2017-ci ildə müxtəlif seqmentlərin artım tempi əvvəlki illərdən daha çox fərqlənir. Məsələn, serverlər seqmentində “Microsoft”, “Google”, “Amazon” və s. kimi aparıcı şirkətlər tərəfindən “bulud” məlumat emalı mərkəzlərinin genişləndirilməsi sayəsində 5,6 faiz artım olacağı gözlənilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı