Bank kartları və nağd pul olmadan ödəniş etmək mümkün olacaq Yanvar 13, 2017 | 10:35 / Texnoloji yeniliklər

Cənubi Koreyanın maliyyə xidmətləri üzrə komissiyası 2017-ci ilin birinci yarısında biometrik ödənişlərin pilot layihəsinə start verməyi planlaşdırır.

psm7.com saytının məlumatına görə, istehlakçılar mağazalarda bank kartı və nağd pul olmadan ödəniş edə biləcəklər. Bunun üçün xüsusi hesablayıcı qurğuya ovucla toxunmaq kifayətdir. Skaner ovucdakı damarların cizgilərini tanıyaraq onu məlumat bazasında saxlanılan elektron nümunə ilə müqayisə edəcək. Ödəniş üçün pul müştərinin cari hesabından çıxılacaq.

Komissiya pilot layihənin detalları haqqında daha sonra məlumat verəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı