İnformasiya Texnologiyaları İnstitutu İstanbulda keçiriləcək beynəlxalq konfransın məsləhət komitəsində təmsil olunur Yanvar 12, 2017 | 12:07 / Mühüm hadisələr

9-12 may 2017-ci il tarixlərdə İstanbulda “ATScience Academic Publishing Group”, Selcuq Universiteti, Bahçeşehir Universiteti və s. birgə təşkilatçılığı ilə “Qabaqcıl texnologiyalar və elmlər üzrə V Beynəlxalq konfrans” (5th International Conference on Advanced Technology and Science – ICAT’17) keçiriləcək.

Konfransın əsas məqsədi elektrotexnika və informasiya texnologiyalarının müxtəlif istiqamətləri üzrə əldə olunmuş yeni elmi-tədqiqat nəticələrinin təqdim olunması, müvafiq istiqamətlər üzrə dünya universitetləri və elmi təşkilatlar, tədqiqatçılar arasında əməkdaşlığın formalaşması, qabaqcıl təcrübə və elmi ideyaların yayılması, birgə elmi əsərlər, kitablar, monoqrafiyalar, jurnalların nəşri və s. ilə elmi nailiyyətlərin əldə olunmasıdır.

Süni intellekt, biliklərin idarə olunması və təsviri, verilənlərin emalı və təhlükəsizliyi, şəbəkə təhlükəsizliyi, qərarların qəbul olunmasının dəstəklənməsi, verilənlərin intellektual analizi, obrazların tanınması, soft computing və qeyri-səlis sistemlər, təkamül alqoritmləri, proqram mühəndisliyi və proqramlaşdırma və s. konfransın əsas müzakirə mövzularıdır.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Zərifə Cəbrayılova institutu bu konfransın beynəlxalq məsləhət komitəsində təmsil edir.

Qeyd edək ki, konfransa təqdim olunmuş elmi əsərlər konfrans materiallarında dərc olunmaqla yanaşı, xüsusi maraq doğuran məqalələr “International Journal of Intelligent Systems and Applications in Engineering”, “International Journal of Applied Mathematics, Electronics and Computers”, “International Journal of Energy Applications and Technology”, “International Journal of Automotive Engineering and Technologies” jurnallarında nəşr olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı