Missuridə günəş batareyaları ilə örtülmüş yollar salınacaq Yanvar 12, 2017 | 12:00 / Maraqlı məlumatlar

“Solar Roadways” şirkətinin istehsalçılarının sözlərinə görə, günəş batareyaları ilə salınmış yollar yaşayış evləri və müəssisələrin elektriklə təchizatı üçün kifayət qədər enerji istehsal edəcək

“Solar Roadways” startapında yolların salınması üçün günəş panelləri hazırlanıb: bu yol örtüyü enerji istehsal etməklə yanaşı, yolu qızdırmaq və işıqlandırmaq imkanına da malikdir.

Güman edilir ki, işıqlandırmanın köməyilə proqramlaşdırılmış yol nişanını yaratmaq mümkün olacaq. Bununla yanaşı, energetik yollar elektrik avtomobillərini yenidən enerji ilə yükləyə biləcək.

Открытые системы” jurnalının məlumatına görə, “Solar Roadways” ABŞ-ın Missuri ştatında Nəqliyyat Nazirliyinin himayəsi altında sınaqların üç mərhələsini keçirib, 2014-cü ildə isə şirkət “Indiegogo” saytında 2 milyon dollardan çox vəsait toplamağa müvəffəq olub.

Qeyd edək ki,  Missurinin Nəqliyyat Departamenti layihə ilə maraqlanıb: pilot proqramı çərçivəsində panellər 66-cı şösedə dayanacaqlardan birinin qarşısında, yol qırağında quraşdırılacaq.

Missuri administrasiyası ştatın nəqliyyat sistemi üçün yeni gəlir mənbələri tapmaq üçün “Road to Tomorrow” təşəbbüsünü həyata keçirir. Yeniliyin hesabına dayanacaqda enerjiyə qənaət etmək və qarın buzlaşmasının qarşısını almaq mümkün olarsa, energetik yol örtüyünün tətbiq dairəsi genişləndiriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı