“Assembler” dilinin populyarlığı artır Yanvar 12, 2017 | 10:00 / Maraqlı məlumatlar

Məlumdur ki, son illərdə aşağı səviyyəli “Assembler” dili öz mövqeyini yüksək səviyyəli dillərə güzəştə gedib, lakin yalnız “Assembler” kodunun yerinə yetirildiyi Əşyaların İnterneti qurğuları sayəsində öz populyarlığını yenidən artırmağa başlayıb.

İnternetdə axtarış sorğularının sayı əsasında proqramlaşdırma dillərinin populyarlığını qiymətləndirən “Tiobe” indeksinə əsasən, “Assembler” 2016-cı ildə ildə 2 dəfə onuncu yerə sahib olub.

Открытые системы” jurnalının məlumatına görə, yaxın müddətdə “Assambler”i “Ruby”, “R” və ya “MatLab” kimi proqramlaşdırma dilləri sıxışdıra bilərlər. “PyPL”nin alternativ indeksində isə “Assembler” 18-ci yerdə dayanır. “Tiobe” düsturunda bir çox axtarış resursu nəzərə alınsa da, “PyPL” yalnız “Google” sistemində dil üzrə tədris materiallarının axtarışını analiz edir.

“Tiobe”nin ilk onluğunda Java, C, C++, Python, C#, PHP, JavaScript, Visual Basic.Net, Perl, Assambler kimi proqramlaşdırma dilləri öz əksini tapıb.

“PyPL” indeksində isə ilk onluqda Java, Python, PHP, C #, JavaScript, C++, C, Objective-C, R və Swift dilləri qərarlaşıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı