Mobil proqram köhnə pivəni “tanıyır” Yanvar 12, 2017 | 10:41 / Texnoloji yeniliklər

Kompakt sensor pivənin köhnəldiyi zaman əmələ gələn birləşməylə reaksiyaya girərək içkinin rəngini sarıdan çəhrayıya çevirir. Mobil proqram sensordakı təsviri təhlil edir və onun rənginə əsasən pivənin istifadə üçün yararlı olub olmadığını müəyyənləşdirir.

İspaniyanın Madrid Komplutens Universitetində Android üçün nəzərdə tutulmuş, pivənin təzəliyini qiymətləndirə bilən sensor və proqram hazırlayıblar. Pivəçəkənlər müxtəlif maddələri, həmçinin pivə köhnəldiyində yaranan, içkiyə köhnə tam verən furfurol birləşmələri xramotoqrafik təhlil edərək pivənin keyfiyyətini müəyyən edirlər.

Открытые системы” jurnalının məlumatında bildirilir ki, adi alıcı üçün bu kimi təhlil metodlarından istifadə əlverişli deyil, lakin Analytical Chemistry jurnalında təsvir edilən kompakt sensor bu baxımdan olduqca rahatdır. O, kontakt linzalar üçün istifadə edilən materiala oxşar polimerdən hazırlanmışdır. Furfurolla qarşılıqlı təsir zamanı disk formasında olan sensor pivənin rəngini sarıdan çəhrayıya çevirir.

Mobil proqramın kodu hamı üçün əlçatandır. Gələcəkdə müəlliflər proqramın iOS üçün olan versiyasını da hazırlamağı planlaşdırırlar.

Qeyd edək ki, texnologiya pivəhazırlayan şirkətin sifarişi üzrə istehsal edilmişdir. Tədqiqatçıların sözlərinə görə, onu  bal, süd və qəhvə kimi digər qida məhsullarına da uyğunlaşdırmaq mümkündür. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı