Beynəlxalq sərgidə TASİM layihəsinin təqdimatı keçirilib Mart 28, 2014 | 03:00 / Mühüm hadisələr

Moskvada (Rusiya) “Transport Networks & Carrier Cloud” V Beynəlxalq konfransı keçirilib. Magistral şəbəkələr və “bulud” daşıyıcıları mövzusuna həsr edilən tədbirdə bir neçə istiqamət üzrə aktual məsələlər müzakirə edilib. 

Tədbirdə magistral və müştərək magistral şəbəkələrin inşaası və istismarı, sadələşdirilmiş virtual gələcəyi müəyyən edən proqramlaşdırılma, 100G şəbəkələrinin irimiqyaslı inşaatı kimi mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb. 

Beynəlxalq konfransda Rusiyanın telekommunikasiya sahəsində “Beeline”, “MTS” kimi nəhəng şirkətlərlə yanaşı, “TASİM” layihəsi üzrə partnyoru olan “Rostelecom” şirkəti də iştirak edib. 

ictnews.az elektron xəbər xidmətinin məlumatına görə, tədbirdə “Trans-Avrasiya Super İnformasiya Magistralı” layihəsinin direktoru Zaur Həsənov da çıxış edib. “Tranzit marşrutundan “Tier-1” şəbəkəyədək “TASİM” layihəsinin təcrübəsi” mövzusunda çıxışında Z.Həsənov TASİM layihəsinin reallaşdırılmasının strateji xarakter daşıdığını, xüsusilə dövlətimizin Avrasiyada yerləşdiyi nəzərə alınarsa, TASİM-in Avropa və Asiya arasında ən qısa və sərfəli marşrutlardan biri olduğunu vurğulayıb. 

Qeyd edək ki, TASİM layihəsinin məqsədi əsasən Qərbi Avropadan Şərqi Asiyaya qədər Avrasiya ölkələrinin əhatə edən transmilli fiber-optik xəttin çəkilməsidir. Layihə Frankfurtdan Honq Konqa istiqamətlənən əsas tranzit xəttinin qurulmasını nəzərdə tutur. Bu xətt Avropa və Asiyanın ən böyük informasiya mübadiləsi mərkəzlərini birləşdirəcək. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı