İnstitut alimlərinin məqaləsi “Science Publishing Group” elmi bazasında olan nüfuzlu jurnalda nəşr olunub Yanvar 10, 2017 | 11:16 / Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Tofiq Kazımov və institutun layihə baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudovanın həmmüəlif olduqları “Elektron tibbdə biometrik texnologiyaların tətbiqi məsələləri” (Application Issues of Biometric Technologies in Electronic Medicine) adlı məqalə  “Science Publishing Group” elmi bazasında olan  Advances in Bioscience and Bioengineering jurnalında nəşr olunub.

Məqalədə biometrik texnologiyaların elektron tibbdə tətbiqi, istifadə imkanları və perspektivləri təhlil edilmiş, onların üstün cəhətləri qeyd olunmuşdur. Biometrik texnologiyalardan istifadə etməklə səhiyyədə tibbi xidmətin etibarlılığının yüksəldilməsi yolları göstərilmişdir. Həmçinin insan cəsədinin kəlləsi və başının sağ ikən çəkilmiş fotoşəklinə əsasən identifikasiya olunması məsələlərinə toxunulmuşdur.

Qeyd edək ki, Advances in Bioscience and Bioengineering jurnalı “WorldCat”, “Cross ref”, “Universal İmpact Factor”, “AcademicKeys”, “JournalSeek” və s. kimi beynəlxalq elmi bazalarda indeksləşir. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı