Böyük Britaniyada seçkilərdə elektron səsvermə sistemini tətbiq etmək təklif olunub Mart 28, 2014 | 11:00 / Texnoloji yeniliklər

Böyük Britaniyanın seçki komissiyasının rəhbəri Cenni Uotson ölkənin seçki sistemində islahatların aparılmasının zəruriliyini bildirib. Onun sözlərinə görə, burada əsas diqqət elektron səsvermə sisteminin yaradılması məsələlərinə yönəldilməlidir. Məqsəd seçkilərdə elə də yüksək fəallıq göstərməyən gənc seçicilərin fəallığını artırmaqdır. C.Uotsonun sözlərinə görə, komissiya seçicilərə seçki günü siyahı üzrə qeydiyyatdan keçməyə də imkan verəcək elektron səsvermə də daxil olmaqla, seçki sistemində islahatların müxtəlif variantlarını nəzərdən keçirəcək. 

Aparılmış sörğular göstərib ki, təqaüdçülərin 76%-i seçkilərdə iştirak etdiyi halda, 25 yaşına çatmamış seçicilərin 66%-i seçki məntəqələrinə getmir. 

“Seçki sistemində islahatlar aparılmayınca, bir çox seçicilər ölkə həyatına təsir göstərməyəcək. Son illər insanların həyat tərzi dəyişilib, yeni səsvermə üsulları isə yoxdur” – deyən C.Uotson qeyd edib ki, problem ölkənin gənc sakinləri və gəlmələr arasında daha kəskin xarakter alıb. 

Nazirlər Kabinetinin nümayəndəsi qeyd edib ki, hökumət daim seçki sisteminin modernləşməsi üsullarının axtarışındadır. 

newsru.com saytının məlumatına görə, seçicilərin onlayn-qeydiyyatı sisteminin tətbiqinə bu ilin yay aylarından start veriləcək. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı