Videodayə qəfil uşaq ölümü sindromunun qarşısını alacaq Yanvar 06, 2017 | 11:26 / Texnoloji yeniliklər

ABŞ-ın “First Alert” şirkəti yeni doğulmuş körpələrin valideynləri üçün nəzərdə tutulmuş “ağıllı” kameranı təqdim edib. Videodayə körpənin tənəffüs tezliyinə nəzarət etmək imkanına malikdir.

 Qəfil uşaq ölümü sindromu və ya “beşikdə ölüm” – zahirən sağlam olan, 1 yaşa qədər körpələrin nəfəsin dayanması səbəbindən qəfil ölümüdür. Hətta bu sindromdan xəbərsiz olan təcrübəsiz valideyinlər də  körpələrinin yuxuda nəfəs alıb-almadığını tez-tez yoxlamaq vərdişindən qurtula bilmirlər.

ABŞ-ın “First Alert” şirkəti xüsusi tənəffüs monitoruyla təchiz edilmiş Onelink Envirocam smart-kamerasını təqdim edib. Oxşar qurğulardan fərqli olaraq, Onelink Envirocam hətta zülmət qaranlıqda körpənin nəfəs aldığını göstərən çox zəif hərəkəti də müəyyən edə bilir. Körpəni yatmağa qoyan və videodayəni işlək vəziyyətə salan qayğıkeş analar mütəmadi olaraq qurğunun ekranına baxaraq yenidoğulmuşun nəfəs aldığını göstərən bir hərəkəti tutmağa çalışırlar.

naked-science.ru saytının məlumatında bildirilir ki, qurğu bütün gecə ərzində körpənin tənəffüs tempini izləyir və bu halda uşağın bədəninə yaxud çarpayısına xüsusi tənzimləyicilərin bərkidilməsi tələb olunmur.

“Ağıllı” kamera smartfon proqramı ilə birgə işləyir. Proqrama inteqrasiya edilmiş tənzimləyicilər körpənin yatdığı yerin temperaturu, yuxusunun keyfiyyəti, havanın rütubətliyi və karbon oksidinin səviyyəsini müəyyən edir.  

Onelink Envirocam-ın hansı qiymətə satışa çıxarılacağı hələlik məlum deyil.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı