Pilotsuz uçan taksilərin sınaqları keçirilib Yanvar 05, 2017 | 03:00 / Maraqlı məlumatlar

Çin şirkəti “EHang” pilotsuz uçan taksilərinin sınaqlarını keçirib. EHang 164” pilotsuz uçan təyyarəsinin yeni sınaqları zamanı onun manevr qabiliyyəti, idarəetməsi və gecə uçuşları yerinə yetirmək imkanı yoxlanılıb.

naked-science.ru saytının məlumatına görə,EHang 164” işıqların hər birinin sonlarında iki elektromotorun yerləşdirildiyi kvadrokopterlərin sxeminə əsasən hazırlanıb. Bu taksilərin 100 kq-a qədər ümumi çəkiyə malik sərnişinləri daşıya biləcəyi gözlənilir. Aparat saatda 100 km-ə qədər sürət toplayacaq və 23 dəqiqə ərzində havada qala biləcək.

Şirkət 2017-ci ildə də pilotsuz uçan taksilərin sınaqlarını davam etdirmək niyyətindədir. Bu taksilər 4G standartının mobil əlaqə şəbəkəsinin köməyilə idarəetməni həyata keçirəcəklər. Bundan başqa, istehsalçılar “EHang”in pilotsuz uçan taksiləri üçün yeni idarəetmə mərkəzinin sınaqlarına başlayacaqlar. Operatorlar bu mərkəzlər vasitəsilə onlarla aparata nəzarət edə biləcəklər.

Qeyd edək ki, “EHang”in pilotsuz uçan takisləri ilk dəfə “CES 2016” sərgisində təqdim olunub

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı