Instagram-da ən məşhur görməli yerlər Mart 27, 2014 | 12:00 / Texnoloji yeniliklər

The Daily Mail-in məlumatına görə, Parisin Eyfel qülləsi Instagram-da ən populyar görməli yer olub. Belə ki, fotoservisə bu məşhur tikili ilə çəkilmiş 977,3 min şəkil yüklənib. 

Top 20-nin ikinci pilləsində Nyu-Yorkdakı Tayms meydanı qərarlaşıb. Instagram istifadəçiləri bu görməli yerin 773,6 mindən çox şəklini yükləyiblər. Londonun Biq-Beni isə 689,4 min şəkillə üçüncü yeri tutub. 

gazeta.ru saytından bildirilir ki, beynəlxalq reytinqdə, əsasən, ABŞ-da yerləşən görməli məkanlar yer alıb. Tayms meydanından başqa, buraya Empayr-steyt-bildinq göydələni (8-ci yer), Qrand-Kanyon (9-cu yer), "Qızıl Qapılar" körpüsü (10-cu yer), Bruklin körpüsü (12-ci yer) və Azadlıq heykəli (13-cü yer) aiddir. 

Siyahıya, həmçinin London Eye əyləncə çarxı, Harrods univermağı, Hayd-park, Southbank mərkəzi kimi məşhur yerlər da daxildir. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı