Fransada dron-poçtalyonlar istifadəyə verilib Dekabr 26, 2016 | 03:00 / Maraqlı məlumatlar

Fransanın poçt şirkəti “DPDgroup” ölkənin Mülki Aviasiya Baş idarəsinin razılığı ilə bağlamaların çatdırılması üçün dronlardan istifadə etməyə başlayıb.

naked-science.ru saytının məlumatına görə, dronlaradan bağlamaların çatdırılması üçün istifadə olunması təcrübəsi artıq bir çox ölkələrdə, məsələn Sinqapur və Avstraliyada həyata keçirilir. “Amazon” şirkəti bu məqsədlə ABŞ-da pilotsuz təyyarələri fəal tətbiq edir. Lakin dronlar hələ ki, lazımi infrastrukturun olmaması səbəbindən bağlamaların müntəzəm çatdırılması üçün istifadə olunmurlar.

“DPDgroup” son iki il ərzində dronların (heksakopterlər) sınaqlarını keçirib. Ümumilikdə, bu vaxt ərzində aparatlar havada 600 saatdan çox vaxt keçirib. 2015-ci ildə layihənin ilk nümayişi zamanı pilotsuz təyyarə 1.5 kiloqram çəkiyə malik bağlamanı 14 kilometr məsafəyə apara bilib.

Hazırda “DPDgroup” dronlardan 15 kilometr marşrut üzrə poçtun daşınması üçün istifadə edir. Bağlamalar poçt şöbələrinə və xüsusi eniş meydançasına malik olan şirkətlərə çatdırılır. Həftədə bir neçə dəfə pilotsuz təyyarə yalnız ticarət yüklərinin daşınması üçün istifadə olunur.

Şirkətin heksakopterinin uçuş məsafəsi maksimum 20 kilometr təşkil edir. Aparat saatda 30 kilometrə qədər sürət yığa və kütləsi üç kiloqrama qədər olan yükləri daşıya bilər. Dron naviqasiya üçün GPS və kameradan istifadə edir: təsvir dron vasitəsilə poçt şöbəsinin operatorunun pultuna ötürülür. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı