Süni intellekt və virtual reallıq: 2017-ci ilin 10 istehlak trendi Dekabr 26, 2016 | 11:00 / Maraqlı məlumatlar

“Ericsson” şirkəti gələn ilin ən populyar istehlak trendləri haqqında proqnoz verib
psm7.com saytının məlumatına görə, süni intellektin 2017-ci ildə əsas trend olacağı gözlənilir.

Süni intellekt tədricəgündəlik həyatımıza daxil olur

Vaxt ötdükcə daha çox insanın öz gündəlik həyatında süni intellektdən istifadə etmək istəyi yaranır. İnternet istifadəçilərinin 35%-i süni intellekti öz iş assistenti, 25%-i isə rəhbəri rolunda görmək istəyir. Ancaq respondentlərin 50%-i süni intellekti təhlükəli hesab edir. Məsələn, bu texnologiya səbəbindən bir çox insanlar öz iş yerlərini itirəcək, çünki robotlar insanların funksiyasını asanlıqla yerinə yetirə biləcək.

“Əşyaların interneti”nin inkişafının sürətlənməsi

Mobil tətbiqlər həyatın bəzi aspektlərinin avtomatlaşdırılmasında aktiv istifadə olunur. Eyni zamanda, “əşyaların interneti”nin inkişafının sürətlənməsi müşahidə olunur. Respondentlərin 40%-i əmindir ki, müəyyən vaxtdan sonra smartfonlar öz sahiblərinin vərdişlərini öyrənərək bir sıra funksiyaları yerinə yetirə biləcək.

Sürücüsüz hərəkət edən avtomobillər

Tezliklə süni intellekt sürücüləri əvəz edəcək. Rəyi soruşulanların 25%-i sürücülərin süni intellektlə əvəzlənməsi ideyasını dəstəkləyir və hesab edirlər ki, bu, piyadalar üçün daha təhlükəsizdir. Sorğu iştirakçılarının 65%-i sürücüsüz avtomobil satın almaq fikrindədirlər.

Mürəkkəb reallıq

Respondentlərin 80%-i əmindir ki, üç il sonra virtual reallıq elə inkişaf səviyyəsinə yaxınlaşacaq ki, onu real dünyadan fərqləndirmək çətin olacaq.

İnsan orqanizmi üçün yeni çağırışlar

Respondentlərin proqnozuna görə, yeni texnologiyaların inkişafı insanların sağlamlığına mənfi təsir göstərəcək. Məsələn, virtual və əlavə reallıq proqramlarından istifadə ürək bulanmasına səbəb olacaq və respondentlərin 33%-i müvafiq dərmanlar qəbul edəcəklər.

Təhlükəsizlik paradoksu

İnsanların əksəriyyətinin təhlükəsizliyə mühüm diqqət ayırmasına baxmayaraq, respondentlərin 60%-i smartfonlardan istifadənin risk daşıdığını etiraf edir.

Sosial “sığınacaqlar”

Sosial şəbəkələrin həyatımıza təsiri günbəgün artır. Sosial şəbəkələr internet istifadəçilərinin 34%-i üçün əsas məlumat mənbəyidir. Onların 25%-i sosial şəbəkədəki dostlarının fikrinə çox güvənirlər.
 
Şəxsi əlavə reallıq 

Respondentlərin 50%-dən çoxu əlavə reallıq eynəyinə sahib olmaq istəyini dilə gətiriblər. Əlavə reallıq eynəyindən istifadə üzrə mümkün variantlara qaranlıq sahələrin işıqlandırılması, təhlükə barədə bildiriş, ətraf mühitin qıcıq yaradan elementlərini dəyişdirmək və ya aradan qaldırmağı nümunə göstərmək olar.

Məxfilik məsələsi

Rəyi soruşulanların 30%-dən çoxu əmindir ki, artıq internetdə məxfilik anlayışı mövcud deyil.

Yüksək texnologiyalar hamı üçün əlçatan olacaq

Ekspertlərin proqnozuna görə, 5 il sonra bütün internet istifadəçiləri 5 ən böyük İT şirkətin məhsul və xidmətləri ilə təmin ediləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı