DARPA dalğıc və şaxtaçılar üçün rabitə sistemi hazırlayacaq Dekabr 20, 2016 | 11:00 / Maraqlı məlumatlar

Məlumdur ki, bu gün yerin altında və ya suda işləyən insanlar yer səthində olan insanlarla rahatlıqla əlaqə qura bilmir. Bu ilk növbədə, onunla bağlıdır ki, diapazonun böyük bir hissəsinin radio dalğaları Yer kürəsinin altına və ya duzlu suyun dərinliklərinə daxil olmaq imkanına malik deyil. Lakin gələcəkdə DARPA agentliyinin səyləri sayəsində vəziyyət xeyli dəyişəcək. Belə ki, bu yaxınlarda ixtisaslaşdırılmış yeni rabitə sistemi – AMEBA-nın (A Mechanically Based Antenna) hazırlanmasına başlanılacaq.

4pda.ru saytının məlumatına görə, sistem iki diapazonda işləyəcək: ultra aşağı tezlikli və çox aşağı tezlikli. AMEBA şaxtaçıları və dalğıcları mətn və səs mesajlarını indikindən daha sürətli mübadilə etməyə imkan verən etibarlı rabitə kanalları ilə təmin edəcək.

Qeyd edək ki, son dərəcə aşağı və çox aşağı tezlikli radio dalğalarının istifadə olunduğu əlaqə sistemləri uzun müddətdir ki, mövcuddur. Onlar sualtı gəmilərlə əlaqə üçün tətbiq edilir. Lakin ölçü bu kimi sistemlərin əsas çatışmazlıqlarındandır. Belə ki, bu radio dalğalarının işləməsi üçün bir neçə yüz metr hündürlüyə malik antennalar tələb olunur.

İstehsalçılar isə ölçü problemini yeni maqnit texnologiyalarının köməyi ilə həll etməyi planlaşdırırlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı