"WhatsApp"da mesajları redaktə etmək mümkün olacaq Dekabr 19, 2016 | 05:12 / Maraqlı məlumatlar

"WhatsApp" istifadəçilərinin əksəriyyəti mesajları tələsik göndərdikdə avtomatik dəyişmə funksiyasının düzgün işləməməsinə görə çətin vəziyyətə düşüb. Bəzi messencerlərdə göndərilmiş mesajları silmək mümkün olsa da, bu, böyük tutumlu məlumatlar olduqda problem yaradır və onu yenidən yazmaq tələb olunur.

4pda.ru saytının məlumatına görə, tezliklə “WhatsApp” messencerində bu problem göndərilmiş məlumatların ləğv edilməsi və redaktə olunması funksiyası işə salındıqdan sonra aradan qaldırılacaq. Belə ki, həmsöhbət məlumatı oxumadığı halda onun mövcudluğu barədə xəbəri olmayacaq və ya buraxılmış səhvi görməyəcək. Əvvəllər “WhatsApp”da məlumatları yalnız onu göndərənin qurğusunda silmək mümkün idi.

Məlumata görə, istifadəçilər adi mətnli məlumatlarla yanaşı, göndərilmiş fotoşəkil və videoları silə və redaktə edə biləcəklər.

Hazırda beta versiya mərhələsində olan funksiyanın istifadəçilərin ixtiyarına nə vaxt veriləcəyi barədə məlumat verilmir.

Qeyd edək ki, “WhatsApp” dünyada ən populyar messencerlərdən biridir. 2009-cu ildə Kaliforniyada proqramçılar Yan Kum və Brayan Ekton tərəfindən yaradılan servis 2014-cü ilin fevralında 19 milyon dollara “Facebook” sosial şəbəkəsinə satılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı