“Facebook” saxta xəbərlərlə mübarizəni gücləndirib Dekabr 16, 2016 | 12:06 / Maraqlı məlumatlar

“Facebook” sosial şəbəkəsi saxta xəbərlərin yayılmasıyla mübarizə məqsədilə yeni mexanizmin işə salınması barədə məlumat verib. Müstəqil təşkilatlar bu mexanizm vasitəsilə şübhəli nəşrlərdə olan informasiyanın etibarlığını yoxlayacaqlar.

hitech.newsru.com saytının məlumatına görə, istifadəçilər saxta xəbərlərlə mübarizə üzrə yenilənmiş metodun köməyilə Facebook administrasiyasının şübhəli istinadlarına şikayət göndərə və onları xüsusi markerlərlə nişanlaya biləcəklər. Belə bir imkan əvvəllər də mövcud idi, indi isə sosial şəbəkə şikayətləri şübhə doğuran istinadlara yönləndirəcək, həmçinin saxta xəbərlərlə bağlı digər siqnalları materialların yoxlanılması ilə məşğul olan kənar təşkilatlara göndərəcək.

Əgər ekspertlər hər hansı istinadın saxta məlumatı əks etdirdiyini müəyyən edərlərsə, bu zaman  istinada məlumatın niyə saxta olduğuna dair xüsusi xəbərdarlıq nişanı qoyulacaq. Belə status almış istinadlar dostların xəbər lentində avtomatik əks olunacaq. Bu məlumatları öz səhifələrində yerləşdirmək istəyən istifadəçilər isə onun saxta olduğuna dair xəbərdarlıq alacaqlar.  

Sosial şəbəkənin nümayəndələri, həmçinin reklamlardan gəlir əldə etmək məqsədilə istifadəçiləri cəlb edən yalan xəbərləri yayan saytlarla mübarizə aparmaq niyyətindədir.

Xatırladaq ki, saxta xəbərlərlə mübarizə məsələsi ABŞ-da prezident seçkilərindən sonra aktuallaşmışdır. Bu zaman Facebook çox sayda yalan xəbərlərin yayılmasında ittiham olunmuş, belə məlumatların hətta, səsvermənin nəticəsinə təsiri göstərdiyi vurğulanmışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı