RF Rabitə və Kütləvi Kommunikasiyalar naziri: “Proqramçılar da idmançılar kimi kiçik yaşlarından hazırlanmalıdırlar” Mart 19, 2014 | 11:24 / Texnoloji yeniliklər

Rusiyanın Rabitə və kütləvi kommunikasiyalar naziri Nikolay Nikiforov gələcəyin İT üzrə mütəxəssislərinin yetişdirilməsi üçün orta məktəblərdə kompüter siniflərinin yaradılması təklifi ilə çıxış edib. 

“Proqramçılar da idmançılar kimidir, onlar kiçik yaşlarından hazırlanmalıdırlar” – bildirən nazir məktəblərdə İT mütəxəssislərinin iştirakı ilə ayrıca İT-siniflərinin yaradılmasının məqsədəuyğunluğunu ifadə edib. Onun sözlərinə görə, belə bir təşəbbüs məktəblərdə Təhsil və Elm Nazirliyinin Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyi ilə birgə keçirdiyi İT-təhsil üzrə layihə çərçivəsində reallaşdırıla bilər. N.Nikiforov həmçinin nazirliyin Rusiya hökumətinə İT sahəsində olimpiya hərəkatının inkişafı ilə məşğul olacaq qeyri-kommersiya təşkilatının yaradılması təklifini də xatırladıb. 

Qeyd edək ki, Rusiyada hökumətin təsdiq etdiyi İT sahəsinin inkişafına dair “yol xəritəsi”nə əsasən, 2014-2018-ci illərdə ölkədə 350 mindən çox İT-mütəxəssisin hazırlanması nəzərdə tutulub. newsru.com saytının məlumatına görə, onlardan 150 mininin dövlət təhsil sisteminin büdcəsi hesabına, 125 mininin isə ali təhsil müəssisələrində hazırlanacağı bildirilib. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı