Fərdlərin informasiya mədəniyyətinin qiymətləndirilməsi üçün model və metod təklif olunub Dekabr 15, 2016 | 03:33 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzinin (TİM) 2016-cı il üçün hesabatı dinlənilib. Hesabatı təqdim edən Mərkəzin rəhbəri Rəsmiyyə Mahmudova öncə elmi-tədqiqat işləri barədə məlumat verərək il ərzində informasiya mədəniyyətinin formalaşması problemləri, intellektual oyun texnologiyalarının İnformatika fənninin tədrisinə inteqrasiyasının analizi, uşaqların İnternet mühitində informasiya təhlükəsizliyinin təmin olunması metod və alqoritmlərinin işlənməsi və qeyri-verbal kommunikasiya vasitələri ilə bağlı araşdırmaların aparıldığını diqqətə çatdırıb. Bildirib ki, qeyd edilən elmi tədqiqatların nəticəsi kimi 3 kitab, 5 məqalə və 6 konfrans materialı dərc olunub. Onların bir hissəsi xarici ölkələrin nüfuzlu nəşrlərində işıq üzü görüb.

TİM-in elmi-innovasiya və praktiki fəaliyyəti çərçivəsində görülən işlər barədə məlumat verən R.Mahmudova doktorant və dissertantlara “İnformatika” fənninin  tədrisi və  imtahanların qəbulu işinin təşkilindən söz açıb. Qeyd edib ki, 2016-ci il ərzində TİM-də respublikanın elm və təhsil müəssisələrindən 1449 doktorant və dissertant “İnformatika” fənni üzrə təşkil olunmuş kurslarda iştirak etmiş və doktorluq imtahanı vermişdir. Onlardan 682 nəfəri doktorant, 767 nəfəri isə dissertantdır. O, həmçinin il ərzində imtahan vermiş doktorant və dissertantların bir sıra göstəricilər üzrə say və faiz nisbətləri haqqında statistik məlumatları nəzərə çatdırıb.

Sonra məruzəçi TİM-də AMEA-nın magistratura pilləsində təhsil alan magistrlərə ümumi fənnlərdən dərs və imtahanların təşkili, AMEA-nın doktorant və dissertantlarının fəlsəfədən doktorluq imtahanlarının təşkili ilə bağlı görülmüş işlər barədə məlumat verib. Həmçinin İnformasiya Texnologiyaları İnstitutu tərəfindən AMEA-nın elmi müəssisələrində doktorant və dissertantların ixtisas imtahanlarının test üsulu ilə keçirilməsi üçün elektron test sisteminin yaradıldığını, əməkdaşlar üçün treyninq keçirildiyini qeyd edərək bu sistemin uğurla tətbiq olunduğu institutların siyahısını təqdim edib.

R.Mahmudova ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadasının təşkilinin şöbənin elmi-innovasiya fəaliyyəti çərçivəsində görülən işlərdən olduğunu vurğulayıb.

Məruzəçi, TİM-də il ərzində elmi-pedaqoji və elmi-təşkilati fəaliyyət, elmi-praktiki nəticələrin KİV-də təbliği və reklam-marketinq işinin təşkili çərçivəsində həyata keçirilən tədbirləri, o cümlədən əməkdaşların elmmetrik göstəricilərini də diqqətə çatdırıb.

Şöbənin hesabatı qəbul edilib, bir sıra təklif və tövsiyyələr səsləndirilib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı