“Amazon” sifarişi alıcıya dronun köməyilə çatdırıb Dekabr 15, 2016 | 03:26 / Maraqlı məlumatlar

Hələ 2013-cü ilin sonunda “Amazon” şirkəti ilk dəfə kiçik sifarişlərin alıcılara dronların köməyilə operativ çatdırılması üçün nəzərdə tutulmuş Amazon Prime Air xidmətinin prototipini təqdim etmişdir. Lakin indiyə qədər sistem yalnız sınaqdan keçirilirdi, şirkət ABŞ-da hələ ki, onun test edilməsinə icazə ala bilməmişdi.

hitech.newsru.com saytının məlumatına görə, bu ilin iyulunda "Amazon" Böyük Britaniya hakimiyyəti ilə əməkdaşlıq etməyə başladıqdan sonra vəziyyət dəyişdi. Dekabrın 7-də "Amazon" ilk dəfə sifarişi alıcıya dronun köməyilə çatdırdı. Bu barədə şirkətin rəhbəri Ceff Bezos öz Twitter mikrobloqunda bildirib.

Kembric qraflığının sakini Riçard adlı bir şəxs Amazon Fire TV üçün əlavə qurğu, həmçinin popkorn qablaşdırması sifariş edib. Onun sifarişi operativ qablaşdırılıb və "Amazon" dron konteynerinə yerləşdirilib. Havaya qalxan dron GPS-in köməyi ilə ünvanı müəyyənləşdirərək avtonom rejimdə lazım olan yerə gəlib çatıb. Sonra o, çəmənlikdə enib və qutunu yerə qoyaraq geriyə yola düşüb. Sifarişin rəsmiləşdirilməsi anından onun çatdırılmasına qədər cəmi 13 dəqiqə keçib.

Şirkət nümayəndələri bildiriblər ki, dronlar 2,3 kq çəkiyə qədər olan sifarişləri bir saat yarım ərzində və ya daha tez bir zamanda alıcıya çatdıra biləcəklər.

Qeyd edək ki, sifarişlərin dronların köməyilə çatdırılması kimi oxşar layihələr başqa şirkətlərdə də mövcuddur. Belə ki, avqust ayında "Google" Project Wing layihəsi çərçivəsində pilotsuz təyyarələrin köməyi ilə malların çatdırılması sisteminin sınaqlarının keçirilməsi üçün ABŞ hökumətindən icazə almışdır. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı