Mərhum yazıçı tələbələrə mühazirə “oxuyacaq” Dekabr 13, 2016 | 04:20 / Texnoloji yeniliklər

Yaponiyanın Osaki Universitetinin robot texnikası üzrə mütəxəssisi Hirosi İsiquro Nişoqakuşa Universitetinin nümayəndələri ilə birgə müasir yapon ədəbiyyatının banilərindən biri olan məşhur yazıçı Natsume Sosekini təqlid edən insanabənzər android hazırlayıblar.

hitech.newsru.com saytının məlumatına görə, yazıçının ölümünün 100-cü ildönümü münasibətilə hazırlanmış robot Tokioda nümayiş etdirilib. İstehsalçıların planlarına əsasən, robot Nişoqakuşa Universitetinin tələbələrinə ədəbiyyat üzrə mühazirələr oxuyacaq və Sosekinin əsərlərinin müəyyən hissələrindən sitat gətirəcək. Tədqiqatçılar, həmçinin insanlar və androidlərin qarşılıqlı təsir perspektivlərinin öyrənilməsi məqsədilə tələbələrin mühazirəçi-robota reaksiyasını izləməyi planlaşdırırlar.

Kostyum və dəri çəkmə “geyinmiş” robotun 1,3 metrlik oturaq fiquru yazıçının 45 yaşlı obrazını canlandırır. İstehsalçılar robotu Sosekinin köhnə min ienlik əskinazın üzərində əks olunmuş təsvirinə bənzədiblər. Onlar Sosekinin sifətinin modelləşdirilməsi üçün yazıçının ölümündən sonrakı maskasını skan ediblər, səsinin modelləşdirilməsi üçün isə onun nəvəsinin səsindən istifadə ediblər.

Təqdimat mərasimində gələcək “müəllim” Sosekinin “Xəyalların 10 gecəsi” adlı kiçik hekayələr silsiləsindən müəyyən hissələri oxuyub, həmçinin istehsalçılar tərəfindən daxil edilmiş replikaların köməyilə tədbirin moderatoru ilə danışıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı