“Sanbot” robotu evin təhlükəsizliyini 24/7 təmin edəcək Dekabr 13, 2016 | 11:40 / Maraqlı məlumatlar

Uzun illər davam edən tədqiqatların nəticəsi olaraq “Qihan” şirkəti bulud, maşın təlimi, sifətin tanınması, ətraf mühit və süni intellektin skan edilməsi texnologiyalarından istifadəyə əsaslanan insanabənzər “Sanbot” intellektual  robotunu təqdim edib.

4pda.ru saytının məlumatına görə, bu robot pərakəndə ticarət mərkəzi, otel, məktəb, qocalar evi kimi istehlakçılara xidmət göstərilməsi lazım olan bütün müəssisələrdə istifadə üçün nəzərdə tutulub. Robotun idarəedilməsi smartfon və ya planşet vasitəsilə mobil proqramlardan istifadə etməklə həyata keçirilir.

Bundan başqa, “Sanbot” robotu evdə istifadə üçün yararlıdır, belə ki, o, sahib evdə olmayanda onun doğmaları ilə ünsiyyət qura və evin təhlükəsizliyini təmin edə bilər. Təhlükəli vəziyyət aşkar etdikdə isə robot evin mühafizəçisi rolunda çıxış edərək ev sahibini mobil proqram vasitəsilə xəbərdar edir. Bu kimi hallarda robota quraşdırılmış daxili kamera vasitəsilə mənzili müşahidə etmək mümkündür.

Robot insanları, qarşısına çıxan maneələri və obyektləri aşkar edə bilir ki, bu da qurğuya müstəqil hərəkət etməyə imkan verir. O jestləri və insanların üz ifadələrini anlayır, həmçinin mürəkkəb səs əmrlərinə reaksiya verir. Uşaqlar ondan “gəzən ensiklopediya” kimi istifadə edə və robota istənilən sualı verə bilərlər. “Sanbot”, həmçinin rəqs hərəkətləri etmək və öz “əllərini” 250 müxtəlif rəngdə işıqlandırmaq imkanına malikdir.

Robot “baş” nahiyəsində ekranla təchiz edilib ki, bunun sayəsində o, öz emosiyalarını nümayiş etdirə və insanlarla qarşılıqlı əlaqə qura bilər. Bundan başqa, qurğu məlumatları divarda əks etdirmək üçün “Full HD” proyektorla təchiz olunub.

“Sanbot” gözləmə rejimində 4 saatdan 20 saata qədər işləyə bilər. Enerjisi bitmək üzrə olduqda isə, o avtomatik olaraq öz yükləmə stansiyasına gedir və enerji yükləməyə başlayır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı