NASA İnternetdə GIF-kanalını yaradıb Dekabr 13, 2016 | 10:35 / Maraqlı məlumatlar

NASA Agentliyinin ən maraqlı görüntülərinə baxmaq mümkün olacaq

NASA Agentliyi Giphy saytında şəxsi səhifəsini yaradıb. Artıq agentliyin əməkdaşları kosmosla bağlı ən maraqlı GIF-şəkilləri həmin kanalda yerləşdirə biləcəklər. Bu barədə məlumat təşkilatın Twitter sosial şəbəkəsindəki rəsmi hesabında yer alıb. Bildirilir ki, NASA-nın arxivi kosmosa dair böyük miqdarda videoyazıyla doludur, indi onları Giphy-də görmək mümkün olacaq.

Kosmik təşkilatın əməkdaşları belə qərara gəliblər ki, ən maraqlı video və qısa animasiyaları konversiya edərək onları ümumdünya hörümçək torunun istifadəçiləriylə bölüşsünlər.

planet-today.ru saytının məlumatına görə, Giphy-də səhifənin materiallarla doldurulması üzərində işə artıq başlanılıb. Artıq NASA əməkdaşları səhifədə 462 GIF-şəkil dərc ediblər. Burada müxtəlif planetlərin səthinə yaxınlaşmaları, marsda gəzən robotların hərəkətlərini, qravitasiya ilə aparılan təcrübələri, kosmik aparatların enişini, o cümlədən bir çox başqa maraqlı kadrları görmək mümkündür.

NASA əmindir ki, Giphy-də yaradılmış səhifə sosial şəbəkə istifadəçilərinə daha əvvvəl görmədikləri maraqlı və təkraredilməz anları nümayiş etdirəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı