10 nanometrlik server prosessoru hazırlanıb Dekabr 08, 2016 | 03:03 / Texnoloji yeniliklər

“Qualcomm Datacenter Technologies” şirkəti dünyada ilk 10 nanometrlik server prosessorunu təqdim edib. “Qualcomm Centriq 2400” seriyasının çipsetlərində “FinFET” texnologiyası üzrə 10 nm-lik texnoloji prosesin tətbiqi ilə yaradılmış 48 xüsusi “ARMv8” nüvəsindən istifadə olunub. Bu, məlumatların işlənməsi mərkəzlərində ən geniş yayılmış məsələlərin optimal həlli üçün yüksək məhsuldarlığı və enerji səmərəliyini təmin edir.

4pda.ru saytının məlumatına görə, Centriq 2400 seriyasının prosessorları məhsuldar, enerji səmərəli “ARM” serverlər konsepsiyasını reallaşdırmağa imkan verəcək. Ən yeni smartfonlar üçün aşağı enerji sərfiyyatında yüksək məhsuldarlığı təmin edən qabaqcıl inteqral sxem texnologiyaları “Qualcomm” şirkətinin diqqət mərkəzindədir: "Biz mobil qurğular üçün ilk 10 nm-lik prosessor istehsal etmişik və “ARM” prosessorları və birkristallı sistemlərin planlaşdırılmasında öz təcrübəmizdən istifadə edərək indi “Qualcomm Centriq” server prosessorlar xətti ilə məlumatların işlənməsi mərkəzləri üçün ən qabaqcıl həlləri təqdim etməyi planlaşdırırıq", – deyə “Qualcomm Datacenter Technologies”in baş meneceri və baş vitse-prezidenti Anand Çandrasekxer bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı