“Google Translate”in süni intellekti öz şəxsi dilini yaradıb Dekabr 08, 2016 | 10:00 / Maraqlı məlumatlar

Bir müddət öncə “Google Translate” onlayn-tərcüməçi sistemi ən məşhur dillərdə tərcümələrin həyata keçirilməsi üçün neyron şəbəkəsindən istifadə etməyə başlayıb.

dailytechinfo.org saytının məlumatına görə, “Google Translate”in neyron şəbəkəsi mətnin kontekstindən heç bir sözü nəzərdən qaçırmadan bütün cümləni eyni vaxtda tərcümə edir ki, bu da daha keyfiyyətli tərcümə əldə etməyə imkan verir.

Neyron şəbəkəsi təlim prosesi keçərək bu prosesə cəlb olunmayanlar da daxil olmaqla, eyni anda bir neçə dillə işləyə bilər, Məsələn, əgər sistemə ingilis və yapon, ingilis və koreya dilləri arasında tərcümə etmək öyrədilibsə, o, tərcüməni yapon və koreya dilləri arasında yerinə yetirə bilər. Bu zaman aralıq dil kimi ingilis dilindən istifadəyə ehtiyac qalmır.

“Google” şirkətinin tədqiqatçıları hesab edirlər ki, onların işlədikləri sistem isə bu kimi imkanları əldə edib. “İnterlinqva” adlandırılan bu dil universaldır, və o, avtomatik tərcümə texnologiyalarında istifadəyə yönəldilmişdir. Yeni dil tamamilə çətin oxunandır və insanların istifadəsi üçün nəzərdə tutulmayıb.

“Mən şübhə etmirəm ki, biz vahid neyron şəbəkəsi əsasında eyni zamanda yüzdən çox müxtəlif dilə yiyələnəcək avtomatik tərcümə sistemi yaradacaq və öyrədəcəyik”, – Nyu-York Universitetinin alimi Kyunqyun Ço belə deyib. 

Qeyd edək ki, hazırda 103 dildə tərcümə həyata keçirən “Google Translate” xidməti hər gün orta hesabla 140 milyard söz emal edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı