“Instagram”da şərhləri deaktiv etmək mümkün olacaq Dekabr 07, 2016 | 02:55 / Maraqlı məlumatlar

"Instagram" xidmətinə bir sıra yeni funsksiyalar əlavə edilib. Belə ki, artıq istifadəçilər öz şəkillərinə yazılan şərhləri deaktiv edə biləcəklər. Həmçinin onlar fotoxidmətdə bəyəndikləri şərhlərə "layk" qoymaq imkanı əldə edəcəklər.

belta.by saytının məlumatına görə, bu, yeganə yenilik deyil. Bundan sonra "Instagram"da istifadəçini blok etmədən onu abunəçilər siyahısından silmək mümkün olacaq və bu halda istifadəçi heç bir xəbərdarlıq almayacaq.

Mobil proqramın yeni versiyası dekabrın 6-dan istifadəçilərin bir hissəsi üçün əlçatan olub, digər istifadəçilər isə hələ bir neçə həftə gözləməli olacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.  

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı