Növbəsiz və kassirsiz supermarket Dekabr 07, 2016 | 03:00 / Maraqlı məlumatlar

“Amazon” şirkəti kassa terminalları və növbələrdən tamamilə azad edilmiş supermarketin konsepsiyasını təqdim edib. Yeni Amazon Go adlı platformanın ideyası ondan ibarətdir ki, xüsusi qurğu ticarət zalında ziyarətçilərin hərəkətlərinə nəzarət edərək onların rəflərdən hansı malları götürdüklərini və ya geri qoyduqlarını avtomatik izləyəcək.

Müştəridən alış-veriş etmək üçün supermarketə daxil olarkən öz smartfonu vasitəsilə Amazon Go proqramındakı xüsusi kodu skan etməsi tələb olunur. Kompüter sistemi alıcıların hərəkətlərini və ticarət zallarında quraşdırılmış çoxsaylı sensorlarda olan məlumatları təhlil edərək hər bir müştərinin götürdüyü malların dəqiq siyahısını formalaşdıra biləcək. İstifadəçi hər hansı məhsulu geri qoyduğu zaman, o virtual səbətdən avtomatik silinəcək.

3dnews.ru saytının məlumatına görə, alış-veriş başa çatdıqdan sonra müştəri ödəniş etmək haqqında fikirləşmədən supermarketi tərk edə bilər: pul isə Amazon Go proqramı vasitəsilə assosiasiya edilmiş hesabdan avtomatik çıxılacaq.

Hazırda yeni sistem “Amazon” əməkdaşlarının iştirakıyla sınaqdan keçirilir.  

ABŞ-ın Sietl şəhərində yerləşəcək ilk Amazon Go mağazası 2017-ci ilin başlanğıcında müştərilərə öz qapılarını açacaq. Mütəxəssislər bildiriblər ki, konsepsiya uğur qazanarsa, oxşar supermarketlər başqa şəhərlərdə də təşkil ediləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı