Elektron təhsil mühitinin idarə edilməsi istiqamətində tədqiqatlar davam etdirilir Dekabr 02, 2016 | 12:00 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 10 saylı şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Firudin Ağayev rəhbərlik etdiyi şöbənin 2016-cı il üçün illik hesabatını təqdim etdi. 

F.Ağayev öncə şöbənin elmi-tədqiqat fəaliyyətinin əsas istiqamətlərindən olan “Elektron təhsil mühitinin idarə edilməsi və onun metodoloji əsaslarının işlənməsi” mövzusu üzrə aparılan tədqiqatlar barədə məlumat verdi. Bildirdi ki, bu istiqamətdə elektron dövlətin əsas tərkib hissəsi kimi “e-learning” təhsilin bütün forma və səviyyələrində ümumi təhsil fəzasının yaradılmasında konseptual baxışlar araşdırılmış, elektron təhsil mühitinin formalaşmasında əsas komponent kimi qiymətləndirmə göstəriciləri işlənmiş, elektron tədris müəssisələrində Big Data texnologiyalarının tətbiqi məsələlərinə baxılmış və elektron təhsil mühitində intelektual analiz metodları tətbiq edilmişdir.

O, həmçinin “Təhsil sistemində İKT ixtisasları üzrə standartların beynəlxalq standartlara uyğunlaşdırılması modelinin işlənməsi” mövzusu üzrə aparılan araşdırmalar barədə danışdı. Bu istiqamətdə İKT ixtisasları üzrə tədris proqramlarının müqayisəli analizi üçün riyazi təminatın tətbiqi, o cümlədən ali təhsil müəssisələri üçün İKT ixtisasları üzrə təhsil standartlarının beynəlxalq standartlara uyğunlaşdırılma prosesində proqram təminatının tətbiqi işlərinin yerinə yetirildiyini diqqətə çatdırdı.

Şöbənin elmi-pedaqoji fəaliyyəti haqqında məlumat verən məruzəçi cari ildə Tədris-İnnovasiya Mərkəzində doktorant və dissertantlara “İnformatika” fənninin tədris olunduğunu söylədi.

F.Ağayev respublika və beynəlxalq səviyyəli konfranslara 8 tezisin təqdim edildiyini, tanınmış elmi jurnallarda isə 4 məqalənin nəşr olunduğunu diqqətə çatdırdı. Həmçinin şöbədə müxtəlif təyinatlı kitabların və elektron nəşrlərin hazırlanması, elmi-praktiki nəticələrin KİV-də təbliği və s. ilə əlaqədar yerinə yetirilmiş işlərdən danışdı.

Şöbə müdiri beynəlxalq elmi əməkdaşlıq əlaqələrindən söz açaraq hesabat ili ərzində Ufa Dövlət Aviasiya Texniki Universiteti ilə əməkdaşlıq əlaqələrinin qurulduğunu qeyd etdi.

Hesabata dair geniş fikir mübadiləsi aparıldı, çoxsaylı suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı