Su ilə işləyən ilk kompüter Noyabr 30, 2016 | 10:00 / Maraqlı məlumatlar

ABŞ mühəndisləri elektrik əvəzinə su ilə işləyən kompüter ixtira ediblər.

globalscience.ru saytının məlumatına görə, burada kompüterin işləməsi üçün suyun çəkisi əsas götürülür, elektrik enerjisindən istifadəyə ehtiyac qalmır. Kompüterin iş prinsipi elektromaqnit dalğalarının təsiri nəticəsində su damcılarının hərəkətinə əsaslanır. Qurğu hələ ki, məhdud imkanlara malikdir və ilkin mərhələdə yalnız texniki xarakterli sadə əmrləri yerinə yetirəcək.

Alimlər bildirirlər ki, bir il sonra onlar kompüterləşdirmə sahəsinin ən ciddi tələblərinə uyğun olan yeni layihə təqdim etməyə hazırlaşırlar. Gələcəkdə “su kompüterlərindən” istifadə ekologiya problemlərini minimuma endirməyə imkan verəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı