İnsan hüceyrələrinin 3D-çapı üçün bioistehsal institutu yaradılacaq Noyabr 29, 2016 | 04:25 / Maraqlı məlumatlar

Məlumdur ki, 3D-çap texnologiyasından yalnız suvenirlərin istehsalı və müxtəlif obyektlərin dəqiq surətlərinin yaradılması üçün deyil, o cümlədən daha mürəkkəb məsələlərin həlli məqsədilə istifadə etmək mümkündür. İmplantasiya əməliyyatlarının aparılması üçün insan sümükləri və qığırdaqlarının dəqiq surətini də 3D-çapın köməyilə hazırlamaq olar.

3dnews.ru saytının məlumatına görə, Avstraliyanın Kvinslend Texnologiya Universiteti bu istiqamətin inkişafının sürətləndirilməsi üçün “Metro North Medical Center and Hospital” tibb mərkəzində insan hüceyrələrinin üçölçülü çapı üçün bioistehsal institutu inşa etmək niyyətindədir.

Avstraliyanın səhiyyə naziri Kemeron Dik bildirib ki, bioistehsal institutu ilk dəfə yüksək səviyyəli xəstəxananın ərazisində yerləşdiriləcək. Tibb mərkəzinin iki mərtəbəsində yerləşdirilməsi nəzərdə tutulan bu qurumun yaradılmasında əsas məqsəd gələcəkdə implantasiya əməliyyatları aparılarkən sümük və qığırdaqların istehsalının eyni məkanda həyata keçirilməsidir.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı