İnformasiya texnologiyaları üzrə terminologiya məsələləri tədqiq olunur Noyabr 28, 2016 | 04:35 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi Şurasının növbəti iclasında 5 saylı şöbənin cari il üçün hesabatı müzakirə olundu.

Şöbə müdiri Səyyar Abdullayev 2016-cı il ərzində görülmüş işlər və əldə olunmuş nəticələrin təqdimatı ilə çıxış etdi. Öncə elmi-tədqiqat işləri barədə məlumat verən məruzəçi informasiya texnologiyaları üzrə terminologiya məsələlərinin tədqiq olunduğunu diqqətə çatdırdı. Bildirdi ki, bu elmi istiqamət çərçivəsində elektron terminoqrafiyanın işlənilməsi, informasiya texnologiyalarının müxtəlif istiqamətləri üzrə toplanmış ən müasir terminlərin  seçilməsi, tərcümə edilməsi, təsnifi, sistemləşdirilməsi və onların əsasında qlossarilərin hazırlanması həyata keçirilmişdir. O, həmçinin informasiya texnologiyaları üzrə ən müasir terminlərin  II hissəsinin ekspress-informasiya şəklində çap olunduğunu qeyd etdi. Big Data, vikipediya, bioinformatika sahələrinə aid olmaqla müxtəlif mənbələrdən toplanmış 160-a yaxın ən müasir terminlərin seçilməsi, tərcümə edilməsi və təsnifatı işinin davam etdirildiyini vurğuladı.

S.Abdullayev elmi-innovasiya və praktiki fəaliyyət çərçivəsində informasiya texnologiyalarının müxtəlif sahələri üzrə toplanmış ən müasir terminlər əsasında “Ən yeni terminlər informasiya sistemi”nin işlənib hazırlandığını bildirdi. Çap olunmuş ekspress-informasiyanın I və II hissələrindəki ən yeni terminlərin verilənlər bazasına daxil edilməsi, bir sıra terminlərin etimoloji mənşəyi, yaranma tarixi və digər dillərdə işlənilməsi, o cümlədən krossvordların  hazırlanması barədə məlumatları diqqətə çatdırdı.

Şöbə rəhbəri, həmçinin respublika və beynəlxalq səviyyəli konfranslarda iştirak, müxtəlif təyinatlı nəşrlərin hazırlanması, tanınmış elmi jurnallarda məqalələrin çap olunması, elmmetrik göstəricilər, beynəlxalq elmi əməkdaşlıq və elmi-təşkilati fəaliyyət haqqında məlumat verdi.

Şöbənin hesabatı qəbul edildi, bir sıra rəy və təkliflər səsləndirildi. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı