Dünyada ən güclü superkompüter Noyabr 28, 2016 | 04:00 / Maraqlı məlumatlar

Yaponiya hökumətinin nümayəndələri yaxın zamanda dünyada ən sürətli superkompüterin hazırlanmasına başlanılacağını elan ediblər. Yeni superkompüterin qurulması 19,5 milyard yenə (173 milyon dollar) başa gələcək. Superkompüterin məhsuldarlığı 130 Pflops təşkil edəcək ki, bu da hazırda mövcud olan ən sürətli superkompüterin məhsuldarlığından əhəmiyyətli dərəcədə yüksəkdir.

dailytechinfo.org saytının məlumatına görə, yeni superkompüter “National Institute of Advanced Industrial Science and Technology”nin ixtiyarına veriləcək və tamamilə yeni texnologiyalar – süni intellekt, akkumulyator batareyaları, alternativ enerji mənbələri, avtomobil-robotlar və s. yaradılması üçün istifadə olunacaq.

“ABCI” (AI Bridging Cloud Infrastructure) adlandırılması nəzərdə tutulan superkompüterin proqram sistemi “Google DeepMind” sistemlərində işləyən alqoritmlərə bənzər dərin maşın təlimi alqoritmlərinə əsaslanacaq. “ABCI” və onun funksiyaları bütün maraqlı təşkilat və şirkətlərin ödəniş etməklə istifadə edə biləcəkləri bulud xidmətləri şəklində əlçatan olacaq.

Hazırda Yaponiya hökuməti tərəfindən “ABCI” superkompüterinin hazırlanması üzrə ən yaxşı təklif müsabiqəsi keçirilir. Bu superkompüterin hazırlanmasına növbəti ilin əvvəllərində başlanılması planlaşdırılır. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı