2016-cı ilin sonunadək dünya əhalisinin 50 faizi internetə çıxışa malik olacaq Noyabr 25, 2016 | 09:00 / Maraqlı məlumatlar

Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) hesabatına əsasən, 2016-cı ilin sonunadək dünya əhalisinin 50 faizi internetə çıxış imkanına malik olacaq.

Ekspertlərin hesablamalarına görə, inkişaf etmiş ölkələrdə əhalinin təxminən 80 faizi, inkişaf etməkdə olan ölkələrdə 40 faizi, az inkişaf etmiş ölkələrdə isə 15 faizdən az hissəsi internetdən istifadə edir.

gazeta.ru saytının məlumatına əsasən, dünyada internetdən istifadə edənlərin sayı 47 faiz təşkil edir, 2020-ci ilədək bu göstərici 60 faizə yaxınlaşacaq. BTİ-nin proqnozuna görə, 2016-cı ilin sonunadək 3,5 milyard nəfər internetə çıxışa malik olacaq.

“2016-cı ildə insanlar internetə daxil olmur, çünki onlar daima internetdədirlər. “3G” və “4G” şəbəkələrinin geniş yayılması daha çox insanın internetdən istifadəsinə imkan yaradıb” – hesabatda deyilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı