Dünyada ən uzun kvant rabitə xətti istifadəyə verilib Noyabr 22, 2016 | 03:00 / Maraqlı məlumatlar

Çində dünyada ən uzun təhlükəsiz kvant rabitə xətti istifadəyə verilib.

3dnews.ru saytının məlumatına görə, Şanxay və Hefey şəhərlərini birləşdirən 712 km uzunluğa malik rabitə xətti 11 aralıq stansiyadan ibarətdir. Bu infrastrukturun qurulmasına 3 ildən çox vaxt sərf olunub.

Kvant rabitəsi texnologiyası fizikanın fundamental qanunlarına əsaslanır. Məlumatların mübadiləsi üçün onların ələ keçirilməsi hallarında vəziyyəti həmişəlik dəyişən tək fotonlardan istifadə olunub. Buna görə də, kvant kanalları vasitəsilə ötürülən informasiyanı “oğurlamaq” mümkün deyil.

Çinin yeni sistemdən elmi məqsədlər, həmçinin müxtəlif idarə və müəssisələr arasında təhlükəsiz məlumat mübadiləsi üçün istifadə edəcəyi gözlənilir.

Qeyd edək ki, gələcəkdə Şanxay və Pekin şəhərlərini birləşdirən 2000 km uzunluqda kvant rabitə xətlərinin istifadəyə verilməsi nəzərdə tutulub. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı