Daxili orqanların diaqnostikası üçün sensor Noyabr 18, 2016 | 03:49 / Texnoloji yeniliklər

ABŞ-ın İllinoys Universitetinin alimləri yeni daşınan sensoru təqdim ediblər. Üfüqi səthdə 25% dartılmaq imkanına malik qurğunun qalınlığı 20 mm, çəkisi 213,6 qramdır.

naked-science.ru saytının məlumatında bildirilir ki, birinci mərhələdə sensor bədənin müxtəlif hissələrində (boyun, sinə və qarın) test edilib. Məlum olub ki, qurğu ürək klapanlarının açılıb-bağlanması kimi, yuxu arteriyasında qanaxma, səs tellərinin vibrasiyası və hətta mədə-bağırsaq traktının aktivliyi kimi parametrləri qeydə ala bilir.

Sistem, həmçinin "insan-kompüter" interfeysinin elementi kimi sınaqdan keçirilib. Könüllü xirtdəyə yerləşdirilmiş sensorun köməyilə kompüterə səs komandaları göndərə bilib. Bu halda sözlərin tanınması dəqiqliyi 90% təşkil edib. Alimlərin sözlərinə görə, əlavə avadanlıqdan istifadə və daha geniş buraxılış zolağı hesabına bu göstəricini yaxşılaşdırmaq mümkündür. Yuxarıda təsvir edilmiş səsin tanınması üsulu dron və bioprotezlərin idarəetməsi kimi analoji sistemlərdə də istifadə oluna bilər. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı