İnternet azadlığın təmin edilməsi sahəsində araşdırmaların aparılmasına ehtiyac var Yanvar 22, 2014 | 04:37 / Konfranslar, iclaslar

Bu fikri AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Fərhad Yusifov I Regional İnternet İdarəçiliyi Forumunun seksiya iclasında səsləndirib. 

“Açıq hökumət təşəbbüsləri, İnternetə giriş imkanları və milli kontent” adlı paneldə “İnternet azadlığı məsələsinə iqtisadi baxış” mövzusu ilə çıxış edən F.Yusifov bu sahədə dünya təcrübəsi və mövcud problemlərdən söz açıb. İnternet azadlığının ölkənin iqtisadi göstəricilərindən asılılığı məsələsilə bağlı bəzi konseptual baxışları diqqətə çatdırıb. 

“Beynəlxalq təcrübəyə əsasən, azadlığın əsasını iqtisadi imkanlar təşkil edir” deyən məruzəçi ümumi daxili məhsulun (ÜDM) yüksək olduğu ölkələrdə insanların iqtisadi cəhətdən daha azad olduqlarını bildirib. 

İnformasiya azadlığına dair bəzi məsələləri nəzərə çatdıraraq onun kəmiyyət və keyfiyyət göstəricilərinin ölkənin İKT siyasəti ilə müəyyən edildiyini qeyd edib. İnternet xidmətlərinin baha olması amilinin insanların infromasiya almaq imkanlarının məhdudlaşdırılmasına səbəb olduğunu vurğulayıb: “İnformasiya resurslarına çıxış imkanı olmasının bir çox üstünlükləri var. Bu isə məntiqi olaraq informasiya monopoliyası, diktaturası və imperializmi kimi anlayışların formalaşmasına gətirib çıxarır”. 

O, öz məruzəsində İnternet azadlığına təsir edən obyektiv və subyektiv amillərə də toxunub. Milli standartlara uyğun informasiya resurslarının olmaması, auditin aparılmaması, əks əlaqə mexanizmlərinin yoxluğu və dövlətin İnternetin inkişafında maraqlı olmamasını nümunə kimi göstərib. 

Bildirib ki, ölkə daxilində istifadəçilərin İnternetlə münasibətlərinin tamamilə nəzarətə götürülməsi, veb-saytlara, sosial şəbəkələrə çıxışın məhdudlaşdırılması da İnternet azadlığına təsir edən amillərdir. 

Məruzəçi “Adambaşına düşən ÜDM-in həcmi və İnternet istifadəçilərinin sayı arasında əlaqə” tezisi ilə inkişafda olan ölkələrdə informasiya texnologiyalarının sürətli inkişaf etməməsi və qlobal şəbəkəyə çıxış imkanının olduqca məhdud olmasını bir sıra səbəblərlə əsaslandırıb: “Buraya gəlirlərin aşağı olması, şəhərlərdə infrastrukturun istənilən səviyyədə olmaması, normativ-hüquqi bazanın yoxluğu və s. aiddir. 

Nəticə olaraq, adambaşına düşən ÜDM-in həcmi ölkə əhalisinin həyat səviyyəsinin əsas göstəricilərindən biri kimi qəbul edilir. Göstəricilərin artması ilə əhali arasında İnternet istifdəçilərinin sayı da çoxalır. Bu da onu deməyə əsas verir ki, İnternet azadlığın təmin edilməsi iqtisadi amillərdən asılıdır və bu sahədə araşdırmaların aparılmasına ehtiyac var”. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı