İnstitut əməkdaşlarının məqaləsi nüfuzlu jurnalda dərc olunub Noyabr 18, 2016 | 02:00 / Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Tofiq Kazımov və layihə baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət MahmudovanınAbout the Calculation Method of the Coefficient that Shows Significance Extent of Geometric Characteristics in Determination of Racial and Ethnic Identity of Human” (İnsanın irqi və etnik mənsubiyyətinin müəyyənləşdirilməsində həndəsi xarakteristikaların əhəmiyyətlilik dərəcəsini göstərən əmsalların hesablanması metodu haqqında) adlı məqaləsi “Review of Computer Engineering Research” beynəlxalq elmi jurnalında dərc olunub.

Məqalədə insanın irqi və etnik mənsubiyyətinin müəyyənləşdirilməsi üçün istifadə olunan həndəsi xarakteristikaların qiymətlərinin əhəmiyyətini müəyyən edən əmsalların tapılması üçün yeni alqoritm təklif olunur.

Qeyd edək ki, “Pak Publishing Group” tərəfindən nəşr olunan jurnal “Google Scholar”, “CrossRef” və “CNKI Scholar” kimi bir sıra beynəlxalq elmi bazalarda indeksləşir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı