Süni intellekt 3D-çapın sürətini artırmağa imkan verir Noyabr 17, 2016 | 11:00 / Maraqlı məlumatlar

3D-çap zamanı süni intellektlə təchiz edilmiş robotlardan istifadə olunur.

Bir müddətdən sonra konsert zalı və ya teatr səhnəsi üçün dekorasiyalar ixtisaslaşdırılmış kompüter sistemi tərəfindən hazırlanacaq və robotlar vasitəsilə avtomatik olaraq istehsal ediləcək. Londonda yerləşən “Ai Build” adlı yeni şirkət məhz bu istiqamət üzrə fəaliyyət göstərir. Burada mütəxəssislər süni intellekt və irihəcmli üçölçülü çap texnologiyalarını birləşdirmək üzərində işləyirlər.

dailytech.info saytının məlumatına görə, hazırda mütəxəssislər böyük ölçülərin strukturunu yaratmağa imkan verən, üçölçülü printerə çevirdikləri “Kuka” sənaye robotlarının “əllərindən” istifadə edirlər. Bu robotların əsas xüsusiyyəti ondan ibarətdir ki, onların idarəetmə sistemləri inteqrasiya edilmiş süni intellekt sistemlərinə malikdir. Bu isə onlara öz işlərini daha sürətli və keyfiyyətli yerinə yetirməyə və çapa daha az miqdarda material sərf etməyə imkan verir.

Qeyd olunan üçölçülü çap sistemi robotlara öz səhvləri üzərində öyrənməyə imkan verən dərin maşın təlimi üçün alqoritmlərlə inteqrasiya edilmiş xarici kameralar və kompüterlərdən istifadə edir. Nəticədə “Ai Build” robotları üçölçülü çap strukturlarını çap prosesinin idarə edilməsinin standart metodlarına nisbətən iki dəfə daha sürətli yaratmaq imkanına malik olurlar.

3D-printer vasitəsilə hazırlanan ilk nümunə Amsterdamda keçirilən “GPU Technology Conference” üçün yaradılmış “Daedalus Pavilion” pavilyonudur.

Süni intellektlə təchiz edilmiş robotların yaxın gələcəkdə sənaye, tikinti və digər sahələrdə istifadə olunması nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı