İnsanları istifadə etdikləri smartfonlara görə tanımaq mümkündür Noyabr 16, 2016 | 11:32 / Maraqlı məlumatlar

Kaliforniya Universitetinin alimləri smartfondan götürülmüş nümunələrə əsasən, onun sahibinin dəqiq portretini tərtib etməyə müvəffəq olublar. Məlum olduğu kimi, insan dəri hissəcikləri, molekul və mikroblar, həmçinin ətir və gigiyena predmetlərindəki kimyəvi birləşmələr şəklində bir çox izlər qoyur.

hi-news.ru saytının məlumatına görə, aparılan elmi tədqiqatda bir neçə gün ərzində öz qurğularından istifadə edən 39 insan iştirak edib. Sonra alimlər smartfonların müxtəlif hissələrindən və istifadəçilərin əllərindən nümunə götürərək kütlə spektrometrində analiz ediblər. Elektron qurğunun analizi nəticəsində əldə edilmiş məlumatlar smartfon sahiblərinin əllərindən götürülmüş nümunələrdən alınmış məlumatlara tam uyğun gəlib. Bundan başqa, həmin məlumatlara əsasən, istifadəçilərin dəqiq “bioloji portret”lərini tərtib etmək mümkün olub.

“Tədqiqatda istifadə olunan izlərə əsasən, hər şeyi öyrənmək mümkün olsa da, kimyəvi analiz insanı barmaq izləri kimi 100 faiz identifikasiya etməyə hələ imkan vermir. Digər tərəfdən, əldə olunmuş məlumatlar artıq kriminalistikada, həmçinin pasiyentlərin rejimini izləmək üçün tibbi təcrübədə istifadə edilə bilər”, – deyə tədqiqat müəllifi doktor Amina Buslimani bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı