Robot-fermer Noyabr 16, 2016 | 11:07 / Texnoloji yeniliklər

Kənd təsərrüfatının avtomatlaşdırması üçün nəzərdə tutulmuş sistemlər bu gün bir çox ölkələrdə istifadə olunur. ABŞ-ın “FarmBot Inc” şirkəti bir müddət öncə eyniadlı robot-fermerin istehsalı üçün vəsait toplanmasını elan etmişdi.

naked-science.ru saytının məlumatında bildirilir ki, cari ilin aprel ayında Yaponiyada hər bir fermer təqaüdə çıxdığı zaman onların robotlarla əvəz olunmasını nəzərdə tutan proqram  təqdim olunub. Bu məqsədlə ölkədə 20 yeni aparat növünün yaradılması planlaşdırılır.

Tertill” adlı yeni robot günəş batareyası, akkumulyator, trimmer və yaxınlaşdırma tənzimləyicilərindən ibarət dördtəkərli qurğudur. Alaq otu aşkar edildiyi zaman robot trimmeri işə salır və onu kəsir, qurğu qarşısına çıxan istənilən bitkini alaq otu “hesab edir.”

Mütəxəssislərin sözlərinə görə, Tertill-in istehsalı zamanı o, 2 əlavə funksiya da daşıyacaq.  Qurğu sahibinin smartfonuna torpaq və əkinin vəziyyəti haqqında məlumatları ötürə biləcək.

Qeyd edək ki, ixtiraçı yeni robotun istehsalı üçün “Franklin Robotics” şirkətinin əsasını qoymuşdur. O, əvvəllər “iRobot” ilə əməkdaşlıq edirdi ki, Roomba robot-tozsoranını da bu şirkətdə hazırlamışdı.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.  

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı