İnsan bədəninin istiliyindən enerji alan "ağıllı" saatlar Noyabr 15, 2016 | 10:43 / Texnoloji yeniliklər

Qeyri-adi “ağıllı” Matrix PowerWatch saatları Indiegogo platformasında meydana çıxıb. Qurğunu şəbəkə vasitəsilə yenidən enerji ilə doldurmağa ehtiyac yoxdur, o insan bədəninin istiliyindən enerji alır.

Klassik dizayn, innovativ funksiyalar

hi-tech.mail.ru saytının məlumatına görə, Matrix PowerWatch fiziki fəallığın səviyyəsini izləməyə və itirilmiş kalorilərin miqdarını hesablamağa imkan verən jiroskop və akselerometrdən ibarətdir. “Ağıllı”  zəngli saat funskiyasına malik Matrix PowerWatch yuxunun keyfiyyətini də izləyə bilir.

Enerjinin doldurulması üçün”ağıllı” saat insan bədəninin istiliyindən istifadə edir, enerjini saata quraşdırılmış termoelektrik generator istehsal edir. Matrix PowerWatch-un işləməsi üçün temperatur fərqi tələb olunur: saatın bir tərəfi dərinin ilıq səthiylə, digər tərəfi isə soyuq səthiylə əlaqədə olur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı