“Norton” antivirus proqramının yaradıcısının doğum günüdür Noyabr 14, 2016 | 04:00 / Maraqlı məlumatlar

Bu gün informasiya texnologiyaları sahəsində tanınmış mütəxəssislərdən biri olan Piter Nortonun anadan olduğu gündür. O, 1943-cü il noyabrın 14-də ABŞ-ın Vaşinqton ştatının Aberdin şəhərində dünyaya göz açmışdır. Oreqon ştatında kolleci bitirdikdən sonra Berklidə riyaziyyat ixtisası üzrə Kaliforniya Universitetində təhsil almışdır.

P.Norton “Norton Commander”, “Norton Utilities”, “Norton Disk Doctor” və məşhur antivirus proqramı olan “Norton İnternet Security” kimi məhsulların yaradıcısıdır. O, həm də fərdi kompüterlər haqqında “İBM PC-in daxilində”, “OS/2-nin daxilində” və “Proqramçının məlumat kitabçası” kitablarının müəllifi kimi tanınır.

1982-ci ildə Piter hazırladığı proqram məhsullarının kütləvi təqdimat və satışını təşkil etmək üçün "Norton Computing" şirkətini yaratmışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

 

 

 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı